- Baxış sayı: 53
- 20 Noyabr 2024 21:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
1-ci Avropa Oyunlarının Təşkilat komitəsində yarışların proqramına daxil olan karate döyüş idman növünün nümayişi keçirilib. Azerisport.az xəbər verir ki, tədbirdə Avropa oyunlarının təşkilat komitəsinin idman direktoru Pirs O”Kallahan, bu təşkilatla Milli Olimpiya Komitəsi arasında əlaqələr üzrə baş menecer Könül Nurullayeva, Avropa oyunlarının Rəqəmsal və Sosial media meneceri Rüstəm Hacıyev, eləcə də təşkilat komitəsinin onlarla üzvü iştirak edib.
Yığıncağa həmçinin Milli Karate Federasiyasın (MKF) prezidenti Yaşar Bəşirov, birinci vitse-prezident İlham Qasımzadə, baş katib Mircabbar Seyidov, Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov, beynəlxalq dərəcəli hakimlərindən MKF-in vitse-prezidenti Yusif Məmmədov, Şahin Xudaverdiyev, Anar Allahverdiyev, Nərgiz Mehdiyeva, milli dərəcəli hakim Cavid Rəfiyev, baş məşqçinin köməkçisi Rəşad Hüseynov, kata üzrə böyük məşqçi Vahid Ayvazov, Avropa oyunlarında iştirak etməyə namizədlərdən milli komandanın üzvləri Niyazi Əliyev, Ayxan Mamayev və Tural Balcanlı qatılıb.
Avopa oyunlarının idman yarışları meneceri Dmitri Çigenev və idman mütəxəssisi Aytən Zeynalova karate döyüş idman növü, beynəlxalq karate təşkilatları və Azərbaycanda karatenin uğurları ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verməklə yanaşı, görüntülü infromasiya nümayiş etdiriblər. Federasiya prezidenti Yaşar Bəşirov ötən 20 illik dövrdə əldə edilən nəaliyyətlər barədə qısa məlumat verib. Sonra N.Əliyev, A.Mamayev və T.Balcanlının, eləcə də hakimlərin iştirakı ilə tatami üzərində karate yarışlarında zərbələr və müəyyən məqamlar praktiki olaraq iştirakçılara təbliğ edilib.
Tədbir təşkilat komitəsi tərəfindən əyləncəli-intellektual viktorina ilə davam edib.