Karel Yarolim: Təəssüf ki, son zərbələrdə dəqiqliyimiz çatmadı

DÇ-2018-in seçmə mərhələsində evdə millimizlə heç-heçə oynayan (0:0) Çex Respublikasının baş məşqçisi Karel Yarolim mayç sonrası mətbuat önünə çıxıb. Allsport.az saytı xəbər verir ki, mütəxəssis bizimlə görüşübelə şərh edib:

“Komandamız qol vurmaq istəyirdi. Təəssüf ki, son zərbələrdə dəqiqliyimiz çatmadı. Azərbaycan millisinin qapıçısı bir neçə dəfə qol vurmağımıza mane oldu.

Hücumu qolla nəticələndirməyi bacarmalıyıq. Bunun üzərində işləyəcəyik. Qol imkanlarını düzgün dəyərləndirməliyik”.

Həmin kateqoriyadan