Keçmiş “Qarabağ”lı Braziliya klubunda?

“Kayserispor”un futbolçusu Pedro Enrike karyerasını Braziliyanın “Koritiba” klubunda davam etdirə bilər. Allsport.az xəbər verir ki, “A” seriya təmsilçisi 30 yaşlı vingeri icarə əsasında heyətinə cəlb etmək istəyir.

Kuritiba təmsilçisinin braziliyalı futbolçu üçün təklif göndərəcəyi gözlənilir. Pedronun Türkiyə klubu ilə müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Enrike bu mövsüm Super Liqa təmsilçisində 22 oyun keçirib və 8 qol vurub. Pedro 2017/2018 mövsümündə PAOK-dan “Qarabağ”a icarə əsasında keçmişdi.

Həmin kateqoriyadan