- Baxış sayı: 18
- 29 Noyabr 2024 12:12
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
Rumıniyanın “Dinamo” klubunun futbolçusu Maqaye Qeye ilə bağlı növbəti neqativ xəbər yayılıb. Allsport.az “Digisport”a istinadən xəbər verir ki, daim pulsuzluqdan şikayətlənən seneqallı hücumçu tez-tez komanda yoldaşlarından borc alır.
Klubdakı mənbənin sayta ötürdüyü məlumata görə, o, tez-tez futbolçulardan 300-500 avro istəyir. Oyunçular Maqayenin əlindən təngə gəlsələr də, ona kömək edirlər. Mənbənin məlumatına görə, Qeye müxtəlif üsullara əl atıb, böyük məbləğlər də istəyir. Xəbərdə forvardın komanda yoldaşlarına böyük məbləğdə borclu olduğu bildirilir.
30 yaşlı hücumçunun ötən həftində qanında kokain aşkarlanmışdı.
Qeye 2020-ci ilin oktyabrında “Dinamo”ya keçib. Təcrübəli hücumçu ötən mövsüm “Qarabağ”da keçirdiyi 28 oyunda 8 qol vurub. 30 yaşlı futbolçu “Strasburq”, “Everton”, “Brest”, “Milluol”, “Adanaspor” və “Osmanlıspor” klublarında da oynayıb.