- Baxış sayı: 16
- 01 Aprel 2026 16:53
- Baxış sayı: 814
- Mart 30, 2026
- 0

“Ərzurumspor”dan ayrılan İbrahim Şehiçin yeni klubu müəyyənləşib. Allsport.az xəbər verir ki, bosniyalı qapıçı “Konyaspor”a transfer olub.
Super liqa təmsilçisi 31 yaşlı qapıçı ilə 2+1 illik müqavilə imzalayıb. İbrahim yeni klubunda 13 nömrəli formada çıxış edəcək.
Qapıçı 2013-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra “Ərzurumspor”a keçmişdi.