- Baxış sayı: 39
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 790
- Mart 30, 2026
- 0

“Qarabağ”ın keçmiş futbolçusu Leroy Corc karyerasını Niderlandda davam etdirəcək. Allsport.az xəbər verir ki, 33 yaşlı vinger “Fortuna” klubuna keçib.
Erediviziya təmsilçisi Surinam əsilli niderlandlı futbolçu ilə mövsümün sonunadək müqavilə imzalayıb.
Leroy Corc 2013-2015-ci illərdə “Qarabağ”da çıxış edib. O, Ağdam klubunda 2 dəfə ölkə çempionu olub, 1 dəfə Azərbaycan kubokunu qazanıb.