- Baxış sayı: 24
- 13 Mart 2025 22:47
- Baxış sayı: 46
- Mart 13, 2025
- 0
“Keşlə” Orxan Sadıqlı ilə vidalaşıb. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı qolkiperin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.
“Xəzər Lənkəran”ın yetirməsi olan futbolçu mövsümün ilk yarısını “Sumqayıt”da icarə əsasında keçirib. O, qış fasiləsində “Keşlə”dən göndərilən 7-ci futbolçudur.
Ona qədər Bahadır Nəsimov, Ebrima Sohna, Herve Tçami, Georgios Georgiadis, Elnur Cəfərov və Məmməd Quliyevlə yol ayrılıb.