- Baxış sayı: 41
- 28 Noyabr 2024 23:42
- Baxış sayı: 138
- Noyabr 28, 2024
- 0
Antalyada təlim-məşq çərçivəsində “Keşlə” ilk yoxlama matçını keçirib. Allsport.az saytı xəbər verir ki, Almaniyanın 3-cü liqa təmsilçisi “Zvickau” ilə görüşən “Keşlə” 1:4 hesabı ilə məğlub olub. Final fitindən sonra baş məşqçimiz Tərlan Əhmədov oyun haqqında fikrini bildirib:
“İlk hissədə istədiyimiz oyunu görə bilməsək də, fasilədən sonra komanda pis təsir bağışlamadı. Bəzi futbolçularımız bizə yalnız burada qoşuldular və onların fiziki durumunun nə yerdə olduğunu bilmək istəyirdik. Məğlub olmamıza baxmayaraq, komanda pis təsir bağışlamadı. Demək olar ki, bütün qolları “standart” vəziyyətlərdən sonra buraxdıq. Səhvlərin üzərində işləməliyik və premyer liqanın ikinci yarısının ilk qarşılaşmasına tam hazır olmalıyıq”.