“Keşlə” ilə matçda futbolçuları cəsarətləndirdim”

Avropa liqasının 1-ci təsnifat mərhələsində “Keşlə”ni mübarizədən kənarlaşdıran Albaniyanın “Laçi” klubunun baş məşqçisi Armando Kunqu açıqlama verib. Allsport.az xəbər verir ki, 47 yaşlı mütəxəssis “Keşlə”ni məğlub etmələrindən danışıb:

“Hər təsnifat mərhələsindəki qələbə gözəldir, amma bunun xüsusi yeri var. 50-60 dəqiqə meydanda azlıqda mübarizə apardıq. İlk dəfə penaltilərə qalmışdım. Bəzən artıq hər şeyin bitdiyini düşünmüşdüm. Futbolçularımı qol buraxmamaqları üçün cəsarətləndirdim.

Futbolçulara penaltilərdə fürsətimizi gözləməyi tapşırdım. Penaltilərədə bu oğlanlara etibar elədim, inandım və onlar da möhkəm komanda olduğumuzu göstərdilər. Onlara dedim ki, qəhrəman olmaq üçün həmin gecə gəldi”.

“Laçi” əsas və əlavə vaxtı 0:0 hesabı ilə bitən matçda “Keşlə”ni penaltilərlə üstələyib – 5:4.

Həmin kateqoriyadan