- Baxış sayı: 11
- 28 Noyabr 2024 15:25
- Baxış sayı: 56
- Noyabr 28, 2024
- 0
“Neftçi” premyer liqanın 22-ci turunda “Keşlə” ilə oyuna hazırlaşır. Allsport.az saytı xəbər verir ki, “İsmət Qayıbov” adına bazada baş tutan məşqdə millinin düşərgəsindən qayıtmış futbolçular – Emin Mahmudov, Namiq Ələsgərov, Mirabdulla Abbasov və Ömər Buludov da iştirak ediblər.
Litva ilə yoldaşlıq oyununda 90 dəqiqə meydanda olmuş Səlahət Ağayev və Anton Krivotsyuk bərpa məşqi keçiblər. Toplu çalışmaların və müxtəlif təmrinlərin yerinə yetirildiyi məşqə milli komandaların düşərgəsində olan Kamran İbrahimov, Soni Mustivar və Mamadu Kane qatılmayıblar.
Martın 30-da “ASK Arena”da keçiriləcək “Keşlə” – “Neftçi” oyunu saat 18:30-da başlanacaq.