- Baxış sayı: 23
- 01 Aprel 2026 10:58
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Moldova millisinin heyətində ən çox oyun keçirmiş qolkiperdir. Allsport.az saytı xəbər verir ki, son dəfə 2017-ci ildə Gürcüstan millisi ilə qarşılaşmada meydanda olan qapıçı Moldova millisində 45 oyun keçirib.
Həmçinin qapıçımız bu oyunların 14-də qapısını toxunulmaz saxlayıb ki, bu da milli komandanın tarixində rekord sayılır. O, Moldova yığmasının heyətində rəsmi oyunlarda 3 dəfə penalti dəf edərək bu göstəricidə birincidir.
Namaşko 2019-cu ildən komandamızın şərəfini qoruyur. Qolkiper cari mövsüm “Keşlə”nin premyer liqada keçirdiyi bütün qarşılaşmalarda forma geyinib.