“Keşlə”nin taleyi gürcülərin əlində

Avropa liqasının I təsinfat mərhələsində keçiriləcək “Keşlə” – “Laçi” (Albaniya) matçının hakimləri açıqlanıb. Allsport.az xəbər verir ki, qarşılaşmanı gürcüstanlı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Georgi Kikaçeişvili olacaq. Ona David Qabisonia və David Axvlediani kömək edəcəklər. Dördüncü hakim funksiyasını İrakli Kvirikaşvili yerinə yetirəcək.

Avqustun 27də “ASK Arena”da keçiriləcək qarşılaşmanın start fiti 21:00-da səslənəcək.

Həmin kateqoriyadan