- Baxış sayı: 38
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 116
- Fevral 06, 2026
- 0

“Keşlə” Azərbaycan kubokunda 100-cü oyununu keçirib.
Allsport.az xəbər verir ki, bu, 1/4 finalın cavab görüşünə təsadüf edib. Öz meydanında “Qarabağ”la qarşılaşan bakılılar yubiley matçında 1:3 hesabı ilə uduzub. Paytaxt klubu 100 matçda 50 qələbə qazanıb, 23 heç-heçə edib və 27 dəfə uduzub. 163 qol vuran “Keşlə” 100-cü yubiley qolunu da “Qarabağ”dan buraxıb.