- Baxış sayı: 187
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 187
- Dekabr 05, 2025
- 0

“Sabah” premyer liqanın 13-cü turunda səfərdə “Sumqayıt”ı 2:1 yenib. Allsport.az saytı xəbər verir ki, qonaqların baş məşqçisi Visente Qomes mətbuat kondransında bunu deyib:
“Futbolçularımı təbrik edirəm, bu gün əllərindən gələni etdilər. Oyun, xüsusilə ilk hissə bizim nəzarətimizdə idi. Kifayət qədər qol imkanları yaratsaq da, bunlardan istifadə edə bilmədik.
Rəqib isə sadə epizodda qol imkanı yaratdı və hesabı bərabərləşdirdi. Bundan sonra komandada bir qədər gərginlik, həyəcan yaşansa da, qol vuraraq, matçdan qələbə ilə ayrılmağı bacardıq”.