“Kimə vərəqə düşüb-düşmədiyini yaxşı bilirəm”

“Benfika”nın baş məşqçisi Joze Mourinyo “Real”a 0:1 hesabı ilə uduzduqları oyunda aldığı qırmızı vərəqəyə görə hakimi qərəzli olmaqda ittiham edib.

Allsport.az xəbər verir ki, o, kənarlaşdırılmasının səbəbini belə izah edib: “Mən sadəcə həqiqəti dedim: hakimin tapşırığı var idi ki, Tçuameni və Karreras kimi oyunçulara sarı vərəqə verməsin. 1400 matçlıq təcrübəm var, kimə vərəqə düşüb-düşmədiyini yaxşı bilirəm.”

“Real”ın qələbəyə layiq olduğunu deyən Mourinyo, fevralın 25-də Madriddə keçiriləcək cavab oyununda cəzalı olduğu üçün skamyada otura bilməyəcək. O, bu vəziyyətin çətin olacağını, lakin köməkçilərinə güvəndiyini bildirib.

Həmin kateqoriyadan