- Baxış sayı: 17
- 29 Noyabr 2024 19:41
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
“Sumqayıt” premyer liqada keçirilmiş 20 oyunu 6 qələbə, 5 heç-heçə və 9 məğlubiyyətlə yekunlaşdırıb. Həmin qarşılaşmalarda 24 qol vurub, öz qapısında isə 32 top görən komanda 23 xalla 4-cü pillədə qərarlaşıb. Allsport.az xəbər verir ki, baş məşqçi Ayxan Abbasov geridə qalan 20 tur ərzində 25 futbolçunun xidmətindən yararlanıb. Bu futbolçulardan üçü – Mehdi Cənnətov (19 oyun, 1710 dəqiqə), Peyman Babayi (19 oyun, 1627 dəqiqə) və Əmir Ağayev (19 oyun, 1623 dəqiqə) ən çox oyun keçirənlərdir.
Mövsümün gedişində 21 yaş limitinə uyğun 6 futbolçu iştirak edib. Onlar Elvin Cəfərquliyev (17 oyun, 1332 dəqiqə), Süleyman Əhmədov (16 oyun, 969 dəqiqə), Səbuhi Abdullazadə (13 oyun 752 dəqiqə), Rüfət Abdullazadə (3 oyun, 35 dəqiqə), Murad Xaçayev (2 oyun, 172 dəqiqə) və Nəbi Məmmədovdur (1 oyun, 2 dəqiqə).
Komanda 20 turda 24 dəfə rəqib qapılarına yol tapmağa müvəffəq olub. 24 qoldan 7-ni Peyman Babayi vurub. Hücumçu hazırda komandanın tək, çempionatın isə şərikli bombardiridir.