- Baxış sayı: 183
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 183
- Dekabr 05, 2025
- 0

“Sumqayıt” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb. Allsport.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda premyer liqanın 15-ci turunda “Səbail”in qapısından üç cavabsız top keçirib.
“Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə böyük hesabla 2018/19 mövsümünün II turunda qalib gəlib. Həmin vaxt səfərdə “Sabah”ı 4:1 hesabı ilə məğlub edən sumqayıtlılar 2018-ci il avqustun 19-dan sonra belə qələbə qazanmamışdı. Bu iki il yarım ərzində komanda 60 görüşdə üç və ya daha artıq top fərqilə qalib gəlməyib.
“Sumqayıt” öz meydanında 8 ildən sonra böyük hesabla qalib gəlib. 2012/13 mövsümündə “Rəvan”ı 4:1 hesabı ilə məğlub edən komanda 2013-cü il mayın 4-dən sonra belə nəticəyə nail olmamışdı.