“Kimyaçılar”a təşəkkür etdi, Afina klubuna keçidindən danışdı

“Sumqayıt”dan ayrılan Əmir Ağayev karyerasını Yunanıstan Super Liqasında mübarizə aparan “Atromitos” klubunda davam etdirəcək. Allsport.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Afina klubuna keçidi barədə danışıb:

“Bundan sonra “Atromitos” forması ilə oynayacağam. Yunanıstanda olduğum üçün çox xoşbəxtəm. Ümid edirəm ki, hamımız birlikdə bu mövsüm hədəflərimizə çatacağıq. Damir Kanadinin rəhbərliyi oynamaq istəyirəm. Ona təşəkkür edirəm, çünki mənə cinahda ilk seçimi olduğumu dedi. Yeni komanda yoldaşlarımla ilk məşqimi və azarkeşlər önümüzdəki ilk matçımı səbirsizliklə gözləyirəm”.

Ağayev sosial şəbəkə hesabında “Sumqayıt”la vidalaşıb:

“Bakıda və “Sumqayıt” klubundakı dostlarıma gözəl zaman üçün təşəkkür edirəm. İnanılmaz komandada idim və Bakı böyük şəhərdir. Mən buradakı karyeramı unutmayacağam. Siz hər zaman qəlbimdə qalacaqsınız. Ən xoş arzularımı diləyirəm”.

Həmin kateqoriyadan