- Baxış sayı: 187
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 187
- Dekabr 05, 2025
- 0

Premyer liqanın 14-cü turunun “Keşlə” ilə səfər oyununda 1:0 hesabı ilə qalib gələn “Sumqayıt” yubiley qələbəsinə nail olub. Allsport.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi 2011-ci ildən çıxış etdiyi turnirdə 75-ci dəfə meydanı 3 xalla tərk edib.
Bu, 286-cı oyuna təsadüf edib. Komandanın qələbə faizi 26,2-yə bərabərdir. “Sumqayıt” 10 il ərzində keçirdiyi bu matçlarda 75 heç-heçə edib və 136 dəfə uduzub.
“Kimyaçılar” premyer liqada ilk qələbəsini 2011-ci il oktyabrın 30-da AZAL-la matçda qazanıb – 2:1.