- Baxış sayı: 36
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 788
- Mart 30, 2026
- 0

“Qarabağ” bu gün səhər saatlarında qış təlim-məşq toplanışının ikinci yarısı üçün Bakı – Antalya reysiylə qonşu ölkəyə yollanıb.
Allsport.az xəbər verir ki, komanda ara vermədən ilk gündə məşqə çıxıb. Futbolçular yerli vaxtla saat 17:30-da hazırlıqlara start verib. Fiziki hazırlıq və toplu çalışmalardan ibarət olan məşq təxminən 45 dəqiqə davam edib. Dünənki məşqdə zədələnən futbolçumuz Dani Kintana hazırlıq prosesində yer almayıb.