“Kluba gələndə hər şeyi dəyişdi”

“Barselona”nın hücumçusu Robert Levandovski, Xavi ilə işləməkdən danışıb. Allsport.az saytı xəbər verir ki, polşalı futbolçu ispaniyalı gənc məşqçinin çətin bir zamanda gəldiyini deyib:

“Onun “Barsa” ilə dərin emosional əlaqəsi var və bəzən bu asan deyil. O, əla iş gördü, baxmayaraq ki, mövsümün sonuna doğru bir neçə oyun onun üçün və ya bizim üçün ideal deyildi.

Ancaq bir şey aydındır: kluba gələndə hər şeyi dəyişdi və parlaq iş gördü. Xavi ilə işlədiyim üçün fəxr edirəm”.

Həmin kateqoriyadan