- Baxış sayı: 34
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün “Hilton” otelində AFFA-nın Klublar Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, Topaz Premyer Liqasında çıxış edən bütün klubların nümayəndəsinin iştirak etdiyi iclasda ölkə futbolunun həlli vacib problemləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.
Klublar Komitəsinin üzvlərinin dəvətinə uyğun olaraq, ayrı-ayrı məsələlərin müzakirəsi ilə bağlı AFFA-nın baş katibi Elxan Məmmədov və Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev iclasda iştirak edib, Klublar Komitəsinin üzvlərinin müvafiq suallarını cavablandırıblar.