- Baxış sayı: 25
- 24 Noyabr 2024 11:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan çempionatında dünən baş tutan 27-ci turun oyunlarından sonra 2018/19 mövsümünün bütün mükafatçıları bəlli olub. Allsport.az saytı xəbər verir ki, sona 1 tur qalmış “Qarabağ” qızıl medallara qovuşmaqla yanaşı, çempionlar liqasına vəsiqəyə yiyələnib.
“Neftçi” gümüş, “Səbail” bürünc medallara sahiblənib. Bu iki komanda ölkəmizi Avropa Liqasında təmsil etmək hüququ qazandı. Avrokuboka yollanacaq 4-cü komanda isə ölkə kubokunun finalında “Sumqayıt” və “Qəbələ” arasında keçiriləcək görüşdən sonra bilinəcək.
Bu arada avrokubokların 2019/2020 mövsümünün təqvimi də bəllidir. Mövsümün ilk püşkü iyunun 11-də baş tutacaq. Azərbaycan klubları ilkin raunddan azaddır.
Belə ki, “Qarabağ” mübarizəyə çempionlar, “Neftçi” və “Səbail” Avropa liqalarının 1-ci təsnifat mərhələsindən başlayacaq. Bu raundların oyunları ÇL-da iyulun 9-10 və 16-17-də, AL-da isə 11-də və 18-də keçiriləcək. Ölkə kubokunun qalibi avroliqada 2-ci ələmədən mübarizəyə start verəcək. Bu mərhələnin matçları iyulun 25-də və avqustun 1-də keçiriləcək.