- Baxış sayı: 9
- 29 Noyabr 2024 14:21
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, Premyer Liqanın 18-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Səbail”lə oyunun 15-ci dəqiqəsində “Sabah”ın futbolçusu Yevgeni Koçuk kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klubu 1600 manat cərimə olunub. Xərək daşıyanların yaşı 18-dən aşağı olduğu üçün “Sabah” 800 manat cərimə olunub.
“Sumqayıt” oyunda “Qarabağ”ın futbolçusu Mahir Əmrəli qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub. Oyun öncəsi iclasda polis nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, “Qarabağ” klubu 400 manat cərimə olunub.
“Qəbələ” – “Neftçi” görüşünün oyun öncəsi iclasında təcili yardım nümayəndəsi təyin olunan vaxtda iştirak etmədiyinə görə, meydan sahibləri 400 manat cərimə olunub.