- Baxış sayı: 19
- 29 Noyabr 2024 16:14
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Beynəlxalq futbol tarixi və statistikaları federasiyası (IFFHS) dünyanın ən yaxşı klublarının reytinq siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, 2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda 401 klub yer alıb. Cədvəldə Azərbaycandan yalnız bir klub – “Qarabağ” yer alıb.
Ağdam təmsilçisi 80 xalla 147-ci pillədə qərarlaşıb. 147-151-ci yerlərə şərik olan 5 komandanın eyni xalı var. “Qarabağ”ın şərikləri “Sauthempton” (İngiltərə), “Penyarol” (Uruqvay), “Viktoriya” (Çexiya) və “Atletiko Mineyro”dur (Braziliya).
Ağdamlılar “Everton”, “Nyukasl” (hər ikisi İngiltərə), MOİK, “Lokomotiv” (hər ikisi Rusiya), “River Pleyt” (Argentina), “Xetafe”, “Selta”, “Valensiya” (hər üçü İspaniya), “Beşiktaş”, “Fənərbağça” (hər ikisi Türkiyə) kimi klubları qabaqlayır.
Reytinq cədvəlinə Almaniyanın “Bavariya” klubu 260 xalla başçılıq edir.