- Baxış sayı: 33
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 786
- Mart 30, 2026
- 0

Beynəlxalq futbol tarixi və statistikaları federasiyası son 10 ilin ən yaxşı klublarının siyahısını açıqlayıb. Allsport.az xəbər verir ki, 2011-2020-ci ilin nəticələrini əhatə edən siyahıda 140 klub yer alıb.
Azərbaycandan siyahıda yalnız bir klub – “Qarabağ” var. Ağdam təmsilçisi 1149,5 xalla 98-ci yerdə qərarlaşıb.
“Qarabağ” siyahıda ÇSKA (Moskva, Rusiya), “Atalanta” (İtaliya), “Qalatasaray” (Türkiyə), “Monako”, “Lill” (hər ikisi Fransa), “Everton” (İngiltərə) kimi klubları qabaqlayır.