- Baxış sayı: 21
- 29 Noyabr 2024 12:12
- Baxış sayı: 139
- Noyabr 28, 2024
- 0
Premyer liqasının 19-cu turu “Qarabağ”ın üç futbolçusu üçün yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, “Zirə” ilə səfər matçı (2:0) Filip Ozobiç, Xayme Romero və Abbas Hüseynovun yubileyin oyunu kimi tarixə düşüb.
2018-ci ilin yayından Ağdam klubunda çıxış edən Ozobiç 75-ci dəfə “Qarabağ”ın formasını geyinib. O, çempionatda 47, kubokda 4, avrokuboklarda 24 dəfə meydana çıxıb. Xorvatiyalının debütü 2018-ci il iyulun 11-də çempionlar liqasının “Olimpiya” ilə Sloveniyadakı görüşündə (1:0) reallaşıb. Yarımmüdafiəçi 75 matçda 22 qol vurub.
Ağdam klubuna bir il sonra gələn Xayme 50-ci dəfə “Qarabağ” forması geyinib. İspaniyalı əcnəbi bu müddətdə 26 çempionat, 4 kubok və 20 avrokubok qarşılaşmasında şans qazanıb. Onun ilk matçı 2019-cu il iyulun 10-da Albaniyada “Partizani”yə qarşı olub. Çempionlar liqasının görüşü qolsuz bitib. Romero 11-ci qolunu “Zirə”nin qapısından keçirib.
Əcnəbi ilə müqayisədə daha tez – 2017-ci ilin yayında “Qarabağ”a keçən Abbas premyer liqada 50-ci dəfə ağdamlıların şərəfini qoruyub. 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər görüşü (3:1) onun klubundakı ilk çempionat matçı olub. Abbas 4 mövsüm ərzində 1 qola imza atıb.