- Baxış sayı: 32
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 90
- Noyabr 21, 2024
- 0
Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunu “Qarabağ” üçün ikiqat yubileylə əlamətdar olub. Allsport.az xəbər verir ki, erkən qolla hesabı açan Maksim Medvedev kapitanı olduğu komandanın yubiley topunu vurub.
Bu, “Qarabağ”ın kubokda səfərdə vurduğu 90-cı qol olub. Rəqib meydanında daha iki dəfə fərqlənməklə bu rəqəmi 92-yə çatdıran ağdamlıların 66 görüşdəki orta məhsuldarlığı 1,39-a bərabərdir.
3:0 hesabı ilə qalib gələn ölkə çempionu qapısını toxunulmaz saxlayıb. Ağdam klubu kubokda 75-ci quru matçını keçirib. Bu göstəricidə rekordçu olan komanda 45 dəfə evdə, 26 dəfə səfərdə, 4 dəfə neytral meydanı qol buraxmadan tərk edib.