- Baxış sayı: 24
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
“Qarabağ” ölkə çempionatlarında 500-cü səfər qolunu vurub. Allsport.az saytı xəbər verir ki, topun müəllifi Filip Ozobiç olub. O, 9-cu turda “Neftçi” ilə görüşündə hesabı açıb. 6:0 hesabı ilə qalib gələn “köhlən atlar” bu rəqəmi 505-ə də çatdırıb.
Bu qarşılaşma 3 rekordla da əlamətdar olub. Birincisi, cari mövsümün ən böyükhesablı qələbəsi qeydə alınıb. İkincisi, “Qarabağ”la “Neftçi” arasında qarşılaşmaların 28 illik tarixində ən böyük fərqli hesab rəsmiləşib.
Üçüncüsü, bu, Ağdam klubunun tarixində çempionatdakı ən böyük hesablı səfər qələbəsinin təkrarı olub. Qurban Qurbanovun komandası 2018/19 mövsümündə “Zirə” və “Sumqayıt”, ötən çempionatda isə yenidən “Zirə”ni rəqib meydanında 6 cavabsız qolla üstələyib.