- Baxış sayı: 41
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 793
- Mart 30, 2026
- 0

Türkiyəli Səmih Qayan karyerasını Azərbaycanda davam etdirə bilər. Allsport.az saytı xəbər verir ki, 20 yaşlı futbolçu “Keşlə”də baxışdadır.
Karyerası ərzində Almaniyada “Köln” və “Axen”in aşağı yaş komandalarında çıxış edən futbolçu Türkiyədə “Pendikspor”un uğurları üçün çalışıb.
Ölkəsinin U-16 millisinin də formasını geyinmiş Səmih, son olaraq Almaniyada “Optik Ratenou”da çıxış edib və bu yaydan klubsuzdur.