- Baxış sayı: 33
- 29 Noyabr 2024 22:22
- Baxış sayı: 146
- Noyabr 28, 2024
- 0
“Sabah”ın keçmiş futbolçusu Rocer Roxas “Futbolcentroamerica” nəşrinə açıqlama verib. Allsport.az xəbər verir ki, Kolumbiyanın “Deportes Tolima” klubunda çıxış edən honduraslı hücumçu Azərbaycandakı karyerası barədə də danışıb:
“Karyeramı “Olimpiya”da bitirmək niyyətindəyəm. Futbolda ailə də vacibdir, mən həmişə milyonçu yox, övladlarımı böyütmək üçün lazımi mənbələrə sahib olmaq istədiyimi söyləmişəm. “Olimpiya”da hər şey qazandım.
Amma ölkəmdən kənarda çempion ola bilmədim. Kosta-Rikada çempion ola bilmədim. Səudiyyə Ərəbistanı və Azərbaycanda da bu xoşbəxtliyi görmədim. Amma ən böyük arzum “Deportes Tolima” ilə çempion olmaqdır”.
29 yaşlı forvard ötən mövsüm “Sabah”da 13 oyunda 2 qol vurub.