- Baxış sayı: 39
- 01 Aprel 2026 01:00
- Baxış sayı: 790
- Mart 30, 2026
- 0
“Zaman keçdikcə özümü evdəki kimi hiss edirəm”. Allsport.az saytı xəbər verir ki, bunu “Neftçi”nin yarımmüdafiəçisi Sabir Buqrin “Keşlə” ilə yoxlama oyunundan (4:3) sonra deyib. Mərakeş əsilli belçikalı futbolçu komandasında rəqabət olduğunu bildirib:
“Buraya uyğunlaşıram və özümü daha yaxşı hiss edirəm. Ona görə də bu performansı göstərirəm. Təlim-məşq toplanışı çox yaxşı keçir. Hər kəs özünü yaxşı hiss edir. Komandada rəqabət var və getdikcə irəliləyiş çoxalır”.