“Komandamızın üstündə qara bulud vardı”

Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) Paris yay olimpiya oyunlarında 3-cü yer tutub. Allsport.az saytı xəbər verir ki, çıxışını belə dəyərləndirib:

“Əlbəttə, təəssüratlar yaxşıdır. Allaha şükürlər olsun, olimpiya üçüncüsü oldum. Məni dəstəkləyən, məni izləyən hər kəsə təşəkkürümü bildirirəm. Düzdür, qızıl medalın yeri başqadır.

Ancaq şükürlər olsun ki, vətənə medalsız qayıtmıram. Komandamızın üstündə qara bulud vardı. Medal açılışını etdik. İnşallah, digər güləşçilərimiz davamını gətirər.

Daha yaxşı hazırlaşıb, bundan da yüksək nəticələr qazanmağa çalışacağam”.

Həmin kateqoriyadan