- Baxış sayı: 23
- 29 Noyabr 2024 17:32
- Baxış sayı: 141
- Noyabr 28, 2024
- 0
Premyer liqasının 12-ci turunda “Qəbələ” – “Qarabağ” görüşü 1:1 bitib. Allsport.az saytı xəbər verir ki, ev sahibi komandanın baş məşqçisi Elmar Baxşıyevin matçla bağlı fikrini tanış edirik:
“Çempionatın liderinə qarşı oynayırdıq. “Qarabağ”ın gücü hamıya məlumdur. Balanslaşmış heyətə malik güclü kollektivdir. Çətin olacağını bilirdik. Çempionatda fasilə olduğu müddətdə məşqlərimizi dayandırmamışdıq.
Hazırlıqlarda hiss olunurdu ki, komanda tonusdadır və “Qarabağ”la layiqli mübarizə aparmaq gücündədir. Futbolçular bunu meydanda nümayiş etdirdilər. Məşqdə onlardan nə istəyirdiksə, meydanda da onu gördük. Futbolçular əzmkarlıq göstərərək bir xal qazandılar.
Komandanı ilk gündən hücumda qurmuşuq. “Qarabağ”a qarşı dominant futbol oynamaq istəsən də, hərdən alınacaq, hərdən yox. Hücuma bir futbolçu atdıq. Çünki “Qarabağ”ın müdafiəçilərinin də hücuma qoşulmasını istəmirdik”.