“Kompani “Bayern” üçün yaxşı məşqçidir”

“Bayern”in idman direktoru Maks Eberl komandanın baş məşqçisi Vensan Kompani haqqında danışıb.

Allsport.az xəbər verir ki, klub rəsmisi, Kompaninin “Bayern” üçün yaxşı məşqçi olduğunu bildirib:

“Kompani “Bayern” üçün yaxşı məşqçidir. O, nə istədiyini dəqiq bilir və kənarda baş verənlərdən təsirlənmir. Vensan insani cəhətdən də çox yaxşıdır, çünki onun empatiya hissi var. “Bayern” son illərdə durğunluq içində idi, ona görə də, vəziyyəti dəyişmək və yeni bir şey sınamaq istədik”.

Həmin kateqoriyadan