- Baxış sayı: 38
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 53
- Dekabr 05, 2025
- 0

Konfrans liqasında qrup mərhələsinin püşkü atılıb. Allsport.az saytı xəbər verir ki, tədbirdə “Qarabağ”ın avrokuboklarda növbəti rəqibləri bilinib.
Qitə miqyaslı turnirlərdə mübarizəni davam etdirən yeganə Azərbaycan klubu, “H” qrupunda “Bazel” (İsveçrə), “Kayrat” (Qazaxıstan) və “Omoniya” (Kipr) qarşılaşacaq.
İlk dəfə təşkil olunan turnirdə mübarizə aparan 32 komanda 8 qrupa bölünüb. Avropanın 3-cü dərəcəli klub turnirində qrup mərhələsi sentyabrın 16-da başlayacaq.
“A” qrupu
LASK (Avstriya)
“Makkabi” (Təl-Əviv, İsrail)
“Alaşkert” (Ermənistan)
HİK (Finlandiya)
“B” qrupu
“Gent” (Belçika)
“Partizan” (Serbiya)
“Flora” (Estoniya)
“Anortosis” (Kipr)
“C” qrupu
“Roma” (İtaliya)
“Zarya” (Ukrayna)
MOİK (Bolqarıstan)
“Bodo Qlimt” (Norveç)
“D” qrupu
“Alkmaar” (Niderland)
ÇFR (Rumıniya)
“Yablonets” (Çexiya)
“Randers” (Danimarka)
“E” qrupu
“Slaviya” (Çex Respublikası)
“Feyenord” (Niderland)
“Union” (Almaniya)
“Makkabi” (Hayfa, İsrail)
“F” qrupu
“Kopenhagen” (Danimarka)
PAOK (Yunanıstan)
“Slovan” (Slovakiya)
“Linkoln” (Cəbəllütariq)
“G” qrupu
“Tottenhem” (İngiltərə)
“Renn” (Fransa)
“Vitess” (Niderland)
“Mura” (Sloveniya)
“H” qrupu
“Bazel” (İsveçrə)
“Qarabağ” (Azərbaycan)
“Kayrat” (Qazaxıstan)
“Omoniya” (Kipr)