- Baxış sayı: 16
- 01 Aprel 2026 14:37
- Baxış sayı: 809
- Mart 30, 2026
- 0

Almaniyanın “Bohum” klubunun üzvü Barış Əkinçiər U-21 millimizin Avropa çempionatının seçmə mərhələsində Fransaya qarşı keçirəcəyi oyun üçün təşkil olunacaq təlim-məşq toplanışında iştirak etməyəcək. Allsport.az xəbər verir ki, buna səbəb “Bohum” klubunun 6 üzvündə koronavirus aşkarlanmasıdır.
Bundesliqanın əsasnaməsinə və federal qanunlara uyğun olaraq, komandanın bütün məşqçi, futbolçu və inzibati heyəti üçün 14 günlük karantin rejiminin tətbiq olunub.
Azərbaycan – Fransa oyunu sentyabrın 7-də Sumqayıtdakı “Kapital Bank Arena”da keçiriləcək.