- Baxış sayı: 23
- 01 Aprel 2026 10:58
- Baxış sayı: 799
- Mart 30, 2026
- 0

Türkiyənin Karabük bölgəsində koronavirusa yoluxan azərbaycanlı futbol hakimi İsa Məmmədov xəstəxanadan evə buraxılıb. Allsport.az xəbər verir ki, Türkiyə fəal futbol hakimləri və inspektorları dərnəyinin sədri Tanər Tuncər referinin son 2 testinin mənfi çıxdığını açıqlayıb.
Məmmədov Karabük universitetinin Bədən tərbiyəsi və idman fakültəsində idman idarəçiliyi ixtisası üzrə 3-cü kurs tələbəsidir. O, Karabük həvəskarlar liqasında hakimlik edir.