Kovaçiç İtaliyaya köçür

“Milan” yay transfer pəncərəsi üçün “Mançester Siti”nin yarımmüdafiəçisi Mateo Kovaçiçi nəzərdən keçirir.

Allsport.az xəbər verir ki, “rossonerlər”in skaut xidməti 31 yaşlı xorvat futbolçunun keçidində maraqlıdır və tərəflər arasında artıq ilkin təmaslar baş tutub.

Kovaçiçin bu keçid barədə həmyerlisi Luka Modriçlə də məsləhətləşdiyi bildirilir.

Kovaçiç bu mövsüm “Mançester Siti”nin heyətində 23 rəsmi matçda iştirak edib.

Həmin kateqoriyadan