“Kral klubu”nun dəyəri düşdü

“Transfermarkt” portalı İspaniya la liqasında çıxış edən futbolçuların bazar dəyərini yeniləyib.

Allsport.az xəbər verir ki, bu yenilənməyə qədər dünyanın ən bahalı heyətinə sahib olan “Real Madrid ”in ümumi dəyəri 49,5 milyon avro azalaraq 1,31 milyard avroya düşüb. Bununla da “kral klubu” dünyanın ən bahalı heyəti statusunu “Mançester Siti” ilə bölüşməli olub.

Madrid təmsilçisinin heyətində dəyəri aşağı düşən 12 futbolçu arasında 18 yaşlı Franko Mastantuono (45 mln. avro), uzunmüddətli zədədən əziyyət çəkən Rodriqo (50 mln. avro), mərkəz müdafiəçiləri Din Höysen (65 mln. avro) və Antonio Rüdiger (9 mln. avro) yer alıb.

Hazırda la liqada 28 oyundan sonra 66 xal toplayan “Real” turnir cədvəlində ikinci pillədə qərarlaşıb və lider “Barselona”dan 4 xal geri qalır.

Həmin kateqoriyadan