Kriştianunun qolu “Əl Nəsr”ə rahatlıq verdi

Səudiyyə Ərəbistanı pro liqasının 5-ci turunun son oyunu Ər-Riyadda başa çatıb. Allsport.az saytı xəbər verir ki, “Əl Nəsr” evdə “Əl Vəhda”nı qəbul edib və qalib gəlib (2:0).

Meydan sahibləri hər hissədə bir qol vurub. 41-ci dəqiqədə Qabriel Ancelo, 56-cı dəqiqədə Kriştianu Ronaldu fərqlənib. Portuqaliyalı penaltini qola çevirib.

“Əl Nəsr” məğlubiyyətsizlik səralamasını 5 matça çatdırıb və 11 xalla 2-ci yerdədir. “Əl Vəhda” 4 xalı və 11-ci pillədə qərarlaşıb.

Həmin kateqoriyadan