Kros qaçışında mükafatçılar

Kros üzrə yaz ölkə çempionatında paytaxt təmsilçiləri ilə yanaşı, Gəncə, Bərdə, Gədəbəy, İsmayıllı, Astara, Şəmkir və Xızıdan olan 80 qaçışçı mübarizə aparıb.

Allsport.az saytı xəbər verir ki, kişilərdə 10 km məsafəyə qaçışda Bərdə idmançısı Bəxtiyar Əsgərli qalib olub. 6 km məsafədə Gəncə təmsilçisi Sənan Bayramov, 3 və 2 km-də isə müvafiq olaraq Nihat QəfərovRoyal Miraczadə qalib olublar.

Qadınlar arasında 6 km məsafəyə qaçışda Anna Yusupova növbəti dəfə ölkə çempionu olub. 4 km-də Elina Yusupova, 2 km-də Nila Heydərova, 1 km-də isə Mədinə Qocayeva fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Həmin kateqoriyadan