- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
“Leninqradka”nın rəsmi saytı millimizin voleybolçusu Kseniya Qoçigidin bu klubda bir ay çıxış etməsi münasibəti ilə müsahibə alıb. Allsport.az saytı xəbər verir ki, rusiyalı həmkarımızla söhbətdə, komandanın kapitanı Azərbaycandakı karyerasından da danışıb:
““Leninqradka” ilə hər şey qaydasındadır. Hamı mənlə çox mehribandır. İlk danışığımız avqustda baş tutdu. Amma həmin vaxt Avropa çempionatına hazırlaşdığımdan, fikrimi tam olaraq yığmaya yönəltmişdim. Türkiyə ilə son oyundan sonra agentim yenidən bu mövzunu qaldırdı. Təxminən 1 günə məsələni həll etdik. Bütün sənədlər hazırlandı və 3 gündən sonra artıq Sankt-Peterburqda idim.
Düzdür, Azərbaycanda klub çempionatı xeyli güclənmişdi. Amma son 2 ildə çox şey dəyişdi. Avropa oyunlarına ev sahibliyi görünür, çoxlu pullar apardı. Klubların sponsorları azaldı. Komandalarda yüksək maaşlı legionçu çıxış superliqanı tərk etməyə başladılar. İndi 3 klub qalıb – “Azərreyl”, “Azəryol” və “Telekom”. Əvvəl biz daim avrokuboklarda iştirak edirdiksə, bu il reqlamentə əsasən, Azərbaycan burda təmsil oluna bilməz. Çünki çempionatda ən azı 5-6 komanda iştirak etməlidi.
Milli komandada da işlər qaydasındadır. Vətənimi deyil, başqa millinin şərəfini qoruduğumu heç vaxt hiss etməmişəm. Azərbaycanda mənə evimdəki kimi münasibət göstərilib. Yəqin bu səbəbdən, uzun müdətə, 15 il orda yaşadım”.