- Baxış sayı: 44
- 20 Noyabr 2024 17:34
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
«Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Amma əsas hədəfimiz birbaşa final mərhələsinə çıxmaqdır». Allsport.az saytı xəbər verir ki, bunu Bakı idman sarayında jurnalistlərə açıqlamasında qadın millimizin voleybolçusu Kseniya Qoçigid dedi. Blokçunun sözunə görə, qızlar xeyli müddət idi bir yerə yığışmırdı, indi isə hər şey qaydasındadır:
«Komandamızda xoş ovqat var, qızlar bir-birləri ilə çox mehribandırlar. Xeyli vaxt idi ki, yığışmırdıq. İndi hər yenə axarına düşüb. Çoxdan oynayanlar yenilərə təcrübələrini bölüşür, çətinlikləri birgə aradan qaldırırıq.
Dünya çempionatının seçmə mərhələsində əsas rəqibimi Niderlanddır. İki il öncə onları burda, Avropa oyunlarında udduq. İndi rəqib xeyli artırıb, komandanın aparıcı üzvləri qitənin müxtəlif səviyyəli çempionatlarında çıxış edirlər».