- Baxış sayı: 40
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 126
- Fevral 06, 2026
- 0

“Yuventus”un keçmiş yarımmüdafiəçisi Xuan Kuadrado “Atalanta”ya keçməyə yaxındır.
Allsport.az xəbər verir ki, internetdə 36 yaşlı futbolçunun tibbi müayinədən keçmək üçün Milan klinikalarından birinə gəldiyini əks etdirən video yayılıb.
Kuadrado “İnter”lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusundadır. O, ötən mövsüm 12 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.