- Baxış sayı: 30
- 09 Fevral 2026 23:39
- Baxış sayı: 157
- Fevral 09, 2026
- 0

“Turan Tovuz” premyer liqanın XIX turunda “Karvan-Yevlax”ı üstələyib – 1:0.
Allsport.az xəbər verir ki, qərb təmsilçisinin baş məşqçisi Qurban Berdıyev matçdan sonra bunu deyib:
“İlk öncə kubok oyununda baş verənlərə görə azarkeşlərdən üzr istəyirəm. Emosional və yolverilməz hərəkət idi. Oyuna gəldikdə birinci hissədə çoxlu imkanlarımız oldu. İkinci qolu vurub oyunu bir qədər asanlaşdırmaq istəyirdik. Təəssüf ki, ikinci qolu vura bilmədik və sonluq bir qədər əsəbi alındı”.