- Baxış sayı: 30
- 29 Noyabr 2024 20:28
- Baxış sayı: 142
- Noyabr 28, 2024
- 0
Azərbaycan kubokunda mübarizəni davam etdirən “Qəbələ” koronavirus pandemiyası ilə bağlı fasilə başa çatdıqdan sonra yarımfinal sınağına çıxacaq. Allsport.az xəbər verir ki, bu turnirdə 15-ci mövsümünü keçirən “qırmızı-qaralar”ın 195 üzvü kubok qazanmaq iddiası ilə meydana çıxıb.
Onlar arasında mütləq rekord Urfan Abbasova məxsusdur. O, 28 kubok matçının iştirakçısıdır. Vojislav Stankoviç də 20-dən çox oyun keçirməyi bacarıb. Onun aktivində 21 görüş var. İlk “üçlüy”ü Cavid Hüseynov qapayır – 19 oyun.
“Qəbələ”nin heyətində ən çox kubok matçı keçirən futbolçular:
1. Urfan Abbasov – 28
2. Vojislav Stankoviç – 21
3. Cavid Hüseynov – 19
4-5. Elvin Camalov – 18
Samir Zərgərov – 18
6. Dmitri Bezotosnı – 17
7. Asif Məmmədov – 16
8. Dodo – 15
9. Azər Həşimov – 14
10-11. Viktor Mendi – 13
Qismət Alıyev – 13
12-13. Rafael Santos – 12
Turnike Aptsiauri – 12
14. Əli İsmayılov – 11
15-17. Filip Ozobiç – 10
Rəhman Əzizov – 10
Elnar Kərimov – 10.