Kyeza son qərarını verəcək

“Yuventus”un vingeri Federiko Kyeza “Barselona”nın rəhbərliyinə ultimatum verib.

Allsport.az xəbər verir ki, italiyalı futbolçu ona transfer təklifi etmək üçün Kataloniya klubuna bir gün vaxt verib. Yaxın 24 saat ərzində bu baş verməsə, Kyeza karyerasını davam etdirmək üçün başqa variantları nəzərdən keçirməyə başlayacaq.

Bundan əvvəl “Liverpul”un Kyeza ilə maraqlanması haqda məlumatlar yayılıb. “Yuventus” futbolçunu 15 milyon avroya buraxmağa hazırdır.

Həmin kateqoriyadan