Ləmparda premyer liqadan təklif var

“Koventri Siti”nin baş məşqçisi Frenk Ləmpard karyerasını “Kristal Pəlas”da davam etdirə bilər.

Allsport.az xəbər verir ki, London klubunun idarə heyətinin sədri Stiv Periş Ləmpardın böyük pərəstişkarıdır və onun məşqçilik bacarığını hələ hazırkı klubuna keçməmişdən əvvəl yüksək qiymətləndirib.

Ləmpard cari mövsümün sonunda komandadan ayrılacaq Oliver Qlasneri əvəzləmək üçün əsas namizəd hesab olunur.

Hazırda “Koventri Siti” çempionşip turnir cədvəlinə başçılıq edir və komandanın premyer liqaya yüksəlmək fürsəti olduqca yüksəkdir. Bu səbəbdən, mütəxəssisin hazırkı komandasını tərk etmək istəyib-istəməyəcəyi hələlik məlum deyil.

Həmin kateqoriyadan