Aftandil Hacıyev: “Layiqli qələbə qazandıq”

“Səbail”in baş məşqçisi Aftandil Hacıyev premyer liqanın III turu çərçivəsində baş tutan “Səbail”-“Sumqayıt” (1:0) oyun sonrası mətbuat konfransında fikirlərini açıqlayıb.

Allsport.az Hacıyevin açıqlamasını təqdim edir:

“Bu oyuna itkilərlə çıxmışdıq. Əsasən də müdafiədə ciddi problemlərimiz var idi. Camal Araqo fasilədə zədə almışdı, Yurgen Qoxa ağrılarla oynayırdı. Cabir Əmirli isə dünən özünü narahat hiss edirdi deyə məşq etməmişdi. Futbolçular bu gün meydanda planlaşdırdığımız oyunu göstərməyə çalışdılar.

“Sumqayıt”ı da təbrik etmək istəyirəm. Ayxan Abbasov böyük iş görüb. Bu gün onları asanlıqla məğlub etmək mümkün deyil. Çox güc sərf etdik. Düşünürəm ki, layiqli qələbə qazandıq. Bu 3 xalı oyunun sonlarında itirə də bilərdik. “Sumqayıt”ın qapımızda qol epizodları oldu. Amma ümumən topa daha çox nəzarət etməyə çalışdıq. Oyunumuzu daha da yaxşılaşdırmaq üçün irəli baxmalıyıq. Bu gün vacib 3 xal qazandıq. Sevinməyə çox vaxtımız yoxdur. Qarşıda çətin “Qəbələ” səfərimiz var. Bu oyunu unudub növbəti oyuna köklənməliyik.

Həmin kateqoriyadan